"Duet əvvəlcə yerləşdirilib, sonra isə..." - Brilliant Dadaşova ilə "Səs Azərbaycan" arasında nə baş verir?

img

31-01-2022 [17:37]


Xalq artisti Brilliant Dadaşova ilə bağlı "Səs Azərbaycan" yarışmasında gözlənilməz hadisə yaşanıb.

Belə ki, müğənni final gecəsində tələbəsi Emil Tağıyevlə "Səssiz gəmi" mahnısını duet oxuyub. Həmin duet yarışmanın rəsmi "Youtube" kanalında yer almayıb.

İddia olunub ki, duet əvvəlcə yerləşdirilib, amma bir qədər sonra silinib.

Yarışmanın "Facebook" səhifəsində isə sözügedən duetin 30 saniyəsi yer alıb.  

Münsif kürsüsündə oturan Xalq artisti Tünzalə Ağayeva, müğənnilər Murad Arif və Eldar Qasımovun isə tələbəsi ilə oxuduğu duet kanalda saxlanılıb.

Qeyd edək ki, "Səs Azərbaycan"ın qalibi Eldar Qasımovun tələbəsi Nadir Rüstəmli olub/Axsam


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA