Masallıda 15 yaşlı qızı ərə verın ata və ananın izahatları alınıb

img

31-01-2022 [14:22]


Masallıda 15 yaşlı qızın ərə verilməsi ilə bağlı Masallı Rayon Polis Şöbəsinin, Masallı Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Məlumata görə, aparılan araşdırmaların nəticəsində məlum olub ki, Elçin Məmmədzadənin (ad şərtidir) valideynləri rayonun Təzə Alvadı kənd sakini, 2007-ci il təvəllüdlü Aysel ƏIizadənin (ad şərtidir) evinə elçi gediblər.

Valideynləri azyaşlı qızının elçi düşən oğlanla nişanlanmasına icazə veriblər.

Bundan sonra hər iki tərəfin valideynləri ilə profilaktik söhbətlər aparılıb və qızın 18 yaşı tamam olmayınca toy mərasiminin keçirlməməsi ilə bağlı izahatları alınıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR