“Böyük qırmızı ev” bədii-sənədli filminin çəkilişləri başa çatıb - FOTOLAR

img

31-01-2022 [17:54]


“Böyük qırmızı ev” bədii-sənədli filminin çəkilişləri başa çatıb.

“Azərbaycanfilm” Kinostudiyasından Mia.az-a bildirilib ki, “Müharibə uşaqları” (yeni adı ilə “Böyük qırmızı ev) filminin Bakı və Gəncə şəhərlərində aparılan çəkilişləri başa çatıb. Hal-hazırda filmin montaj işləri davam edir. Bədii-sənədli film İkinci Qarabağ müharibəsi ərəfəsində Ermənistanın terror hücumlarının təsirləri nəticəsində fiziki və psixoloji travmalara məruz qalan uşaqların həyatlarına ışıq tutulur.

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Leylaxanım Qənbərli, quruluşçu operatoru Daniel Quliyev, kreativ prodüseri İradə Bağırzadə, icraçı prodüseri Vidadi Rüstəmov, prodüseri isə Fariz Əhmədovdur. Filmdə kuklaçı obrazını akytor Namiq Ağayev ifa edir.

Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Azərbaycanfilm” kinostudiyasının istehsalıdır.

Qeyd edək ki, film ötən il Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində qalib layihə olub.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR