İcra başçısının müavini, şöbə müdiri və... - Yeni icra başçısı İradə Gülməmmədovanın kadrlarını vəzifədən azad edir

img

28-01-2022 [19:47]


Abşeron rayon icra hakimiyyətində kadr islahatları aparılır.

Ma.az "Unikal"a istinadla xəbər verir ki, Abşeron rayonunun  icra başçısı Abdin Fərzəliyev müavini İlham Quliyevi tutduğu vəzifədən azad edib.

Bununla yanaşı, A. Fərzəliyev köməkçisi Fuad Xəlilovu,  Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afaq Həsənovanı, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin  baş məsləhətçiləri Elgün İsgəndərov və Mirqasım  Mirişlini də  işdən çıxarıb.

Xatırladaq ki,  Abdin Fərzəliyev bu ilin yanvar ayının 19-da Nərimanovun icra başçısı vəzifəsindən azad olunaraq, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, yeni vəzifəsində İradə Gülməmmədovanı əvəzləyib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı