Fransalı nazirdən "Qarabağ"ın oyunu ilə bağlı açıqlama: "Heç bir istisna tətbiq olunmayacaq"

img

28-01-2022 [17:40]


"Fransada idmana qoyulmuş qadağalarla bağlı heç bir istisna tətbiq olunmayacaq".

Bu barədə ölkənin idman naziri Roksana Marasinyanu açıqlama verib.

Fransa Açıq Çempionatında iştirak edəcək əcnəbi tennisçilərlə bağlı tələbləri xatırladan nazir futbolçuların bu qaydalardan yayınması üçün hər hansı səbəb olmadığını bildirib.

Fransa mətbuatı daha əvvəl dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçin peyvənd məsələsinə görə "Rolan Qarros" turnirində iştirakına qadağa qoyula biləcəyini yazıb.

Qeyd edək ki, "Qarabağ"ın Fransada "Marsel"ə qarşı keçirməli olduğu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşması da analoji səbəbdən neytral ölkədə oynanıla bilər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR