Rusiya klubu Azərbaycan əsilli futbolçusu ilə vidalaşıb

img

27-01-2022 [16:04]


Rusiyanın "Ufa" klubu Azərbaycan əsilli futbolçusu Azər Əliyevlə vidalaşıb.

Məlumata görə, 28 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Neftçi"nin danışıq apardığı təcrübəli oyunçunun "ağ-qaralar"a keçəcəyi gözlənilir.

Qeyd edək ki, Azər Əliyev "Ufa"ya 2018-ci ildə "Krılya Sovetov"dan keçmişdi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR