Putin ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı yazılı cavabı oxuyub: “Əlbəttə, onları təhlil etmək müəyyən vaxt aparacaq"

img

27-01-2022 [14:44]


Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı yazılı cavabını şəxsən oxuyub.

"RİA“Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə ABŞ-ın cavabının təhlil edilməli olduğunu deyib: “Əlbəttə, onları təhlil etmək müəyyən vaxt aparacaq. Gəlin nəticə çıxarmağa tələsməyək”.

Peskov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinkenin nə zaman görüşəcəyinə dair sualı cavablandırarkən dəqiq tarix barədə hələlik anlaşmanın əldə olunmadığını qeyd edib: “İndiyə qədər onlar dəqiq razılığa gəlməyiblər. Görüşün mənalı olacağını bildiriblər, amma səhv etmirəmsə, hələlik onun tarixi ilə bağlı anlaşma yoxdur”.

O, ABŞ və Rusiya prezidentləri arasında görüşün mümkünlüyü ilə bağlı da sualı cavablandırıb və əlavə edib ki, buna prezidentlər özü qərar verəcək.

“Əlbəttə, işgüzar səviyyədə müəyyən təmaslar olacaq. Bundan sonra görüş və danışıqlara ehtiyac olub-olmamasına və lazım gələrsə, nə vaxt keçiriləcəyinə prezidentlər özləri qərar verəcəklər”, - Peskov vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR