ABŞ Konqresinin İşçi Qrupu bəyanat verib - Azərbaycanla bağlı

img

27-01-2022 [09:12]


ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatını təmsil edən Stiv Kohen (Steve Cohen) 20 yanvar faciəsinin 32-ci ildönümü münasibətilə bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Mia.az-a verilən məlumata görə, bəyanatda 20 Yanvar faciəsindən bəhs edən Konqres üzvü S.Kohen Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan "Qara Yanvar" qətllərinin 32-ci ildönümünü andığını bildirib.

Konqres üzvü 32 il bundan öncə 20 Yanvar tarixində təxminən 26 min sovet qoşununun paytaxt Bakıya tanklar və zirehli avtomobillərlə hücum etdiyini, yaşlılar və qadınlar da daxil olmaqla, günahsız insanlara və dinc etirazçılara qarşı atəş açdığını, nəticədə 147 insanın həlak olduğu, 800 nəfərin yaralandığı, 841 nəfərin həbs edildiyi və 5 nəfərin isə itkin düşdüyünü bildirib, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin ailələrinə başsağılığını ifadə edib.

Bəyanatda, həmçinin, bu amansız əməllər qarşısında Azərbaycan xalqının sınmadığı və 1991-ci ildə müstəqilliyinin əldə edilməsi uğrunda mübarizəsini davam etdirdiyi qeyd olunub. ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu və 28 fevral 1992-ci ildə diplomatik əlaqələrin qurulduğu da bəyanatda öz əksini tapıb.

Konqres üzvü ABŞ və Azərbaycanın strateji müttəfiq olduğunu, region və qlobal olmaqla ortaq maraqları bölüşdüyünü bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR