Vətən müharibəsinin şəhidi Elnur Hacıyevin şəxsi əşyaları muzeyə təhvil verilib

img

26-01-2022 [17:32]


Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi Elnur Yaqub oğlu Hacıyevin şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.       

Milli Azərbaycan Tarixi Muzeyindən Mia.az-a verilən nəlumata görə, Elnur Hacıyev 1979-cu il iyunun 12-də Ucar şəhərində anadan olub. 1986-1996-cı illərdə Ucar şəhəri 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2002-ci illərdə isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində ali hərbi təhsil alıb.

Elnur Hacıyev 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. O, 2002-2006-cı illərdə Qobustan rayonunda, 2006-2011-ci illərdə Tovuz rayonunda, 2011-2015-ci illərdə Ağdam rayonunda, 2015-2019-cu illərdə Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissələrdə xidmət etmişdir. 2019-cu ildən isə Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissədə Kimya xidməti rəisi kimi hərbi qulluğunu davam etdirmiş, 2020-ci ilin fevralında  qüsursuz xidəmət edərək təqaüdə çıxmışdı.

Mayor Elnur Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 17-də Elnur Hacıyev Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ucar Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi, bir qızı yadigar qaldı.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur Hacıyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə,  "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.

Qeyd edək ki, mayor Elnur Hacıyevin şəxsi əşyaları ailəsi tərəfindən muzeyin Vətən müharibəsi fonduna muzeyin əməkdaşı Esmira Rəhimovanın vasitəsilə təhvil verilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR