Elşən Qafarov: "Töhmət olunası adım lazımdırsa, bu, təhsil nazirinin özü və onun komandasıdır”

img

26-01-2022 [17:13]


Təhsildə son zamanlar çox ciddi hadisələr baş verir. Müəllimin döyülməsi, şagirdlərin müəllim tərəfindən döyülməsi, şagirdlərin müəllinə qarşı dərs zamanı qeyri-etik davranışları və s. bu kimi hallar son həftələrdə yaşanan ən gündəm olan hadisələrdir”.

Bu fikirləri Təhsil eksperti Elşən Qafarov bildirib.

Ekspertin sözlərinə görə, yaşanan neqativ halların hər birində də dərhal müəllimlər töhmət alır: “Təhsil Nazirliyi baş verən son olaylarda əsasən məktəb direktorları və onların müavinlərini günahkar hesab edir. Bildiyimiz kimi, bu ərəfələr siyahıyaalınma vaxtı olduğundan direktor və onların müavinlərinin hamısı məntəqələrdə üzvdürlər və işdə olmurlar. Bildiyimə görə, müəllimə qarşı qyri-etik davranışların nümayiş olunduğu görüntülərin də yayıldığı 165 nömrəli məktəbin direktoru və direktorun müavini də sözügedən məntəqələrdə iştirak edir. İşdə olmayan müəllimə necə töhmət verilə bilər və ya töhmət verilməyən şəxsi necə elan etmək olar?!”

Elşən Qafarov yayılan görüntülərdə müəllimin heç bir günahının olmadığını bildirib: “Əgər həmin zaman müəllim o şagirdlərə əl qaldırmış olsa idi və ya hər hansısa başqa bir cəzalandırma tətbiqindən istifadə etsə idi həmin müəllim dərhal şikayət olunacaq və çox güman ki, həmin müəllim nəticə etibarı ilə işdən azad ediləcəkdi. Videoda sinfin istilik sisteminin olmaması da müşahidə olunur. Ümumiyyətlə istilik olmayan sinifdə şagird necə otursun?”

Təhsil eksperti yaşanan mənfi hallarla bağlı Təhsil Nazirliyini günahlandırıb: “Baş verənlər bir daha onu göstərir ki, Təhsil Nazirliyinin rəhbər heyəti təhsili idarə edə bilmir. Bunun nəticəsidir ki, ölkədə təhsillə bağlı vəziyyət günü-gündən pisləşərək acınacaqlı hal alır. Hər bir hadisədə nazirlik tərəfindən müəllimin töhmət alması düzgün addım sayılmır. Töhmət olunası adım lazımdırsa, bu, təhsil nazirinin özü və onun komandasıdır”/Tehsil.biz.


Digər xəbərlər
SON XƏBƏRLƏR