Bakı yaşayış binasında yanğın: nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

img

26-01-2022 [15:32]


Bakının Nərimanov rayonunun Təbriz və Koroğlu Rəhimov küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Mia.az Bakı Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, buna səbəb həmin ərazidə yaşayış binasında baş verən yanğındır.

Hadisə ilə əlaqədar 13 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların da hərəkət sxemi müvəqqəti dəyişdirilib. Sərnişin avtobusları hazırda ətrafdakı alternativ küçə və prospektlərdən keçməklə hərəkət edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR