Abşeronda narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb

img

26-01-2022 [11:22]


Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri növbəti tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, əməliyyat zamanı həmin qəsəbədə yaşayan Elvin Əlipşanov tutulub. Üzərində şəxsi axtarış aparılan zaman ondan 43 ədəd hazır bükümlər formasında satış üçün qablaşdırılan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib.

Elvin Əlipşanov ifadəsində heroini sosial şəbəkələr vasitəsi ilə tanış olduğu şəxsdən əldə etdiyi bildirib. O, Hökməli və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu qeyd edib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR