Nazir müavini ilə idarə rəisi ölkədən qaçarkən saxlanılıb - Nazarbayevin tayfası qorxu içindədir

img

26-01-2022 [11:09]


Qazaxıstanın ekologiya nazirinin müavini Ahmetjan Primkulov saxlanılıb.

“Knews.kg” xəbər verir ki, məlumatı Qazaxıstan Antikorrupsiya İdarəsi də təsdiqləyib.

Bildirilib ki, Ahmetjan Prinkulovla birlikdə utilizasiya idarəsinin başçısı Mədət Kumarqaliyev də saxlanılıb.

Məlumata görə, onlar korrupsiyada şübhəli bilinirlər. Primkulovla Kurmarqaliyev ölkəni tərk edərkən tutulublar. Hər ikisi istintaq təcridxanasında saxlanılırlar.

Vurğulanıb ki, utilizasiya şirkətinin birinci təsisçisi Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliya olub. Onun adı ekologiya nazirinin müavini ilə də hallanır/Report.

Xatırladaq ki, Qazaxıstanda baş verən hadisələrdən sonra Nazarbayevin vəzifə və gəlirli sahələrə yerləşdirdiyi qohumları işdən çıxarılır. Onlar ölkənin sərvətini mənimsəməklə yetinməyiblər, eyni zamanda, özlərini hakimi-mütləq sayıblar. Nazarbayevin vaxtı ilə vəzifələrə yerləşdirdiyi tayfası indisə qorxu içindədirlər, çünki korrupsiya və digər cinayətlərə bulaşmaları istisna deyil. Ona görə də, onların iğtişaşlarla bağlı həbs qorxusu içində olduqları haqda xəbərlər yayılır.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR