Maqsud Mahmudovun cinayət işi məhkəməyə göndərildi - 90 zərərçəkən var

img

26-01-2022 [09:47]


Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Mia.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq cinayət işi üzrəə 90 zərərçəkmiş var.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR