“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib
25-01-2022 [15:58]
Azercell-in dəstəyilə fəaliyyət göstərən xidmətə ötən il 5300-ə yaxın müraciət daxil olub
On bir ildən artıqdır ki, “Azercell Telekom” MMC-in, UNİCEF Azərbaycanın və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidməti yarandığı gündən müxtəlif problemlərlə üzləşmiş uşaqlara kömək edir. Qeyd edək ki, bu illər ərzində xidmətə 53000-dən çox müraciət daxil olub.
Bu müddət ərzində qurulan uğurlu əməkdaşlığın indiki səviyyəsini müzakirə etmək və gələcək konturlarını müəyyənləşdirmək məqsədilə “Azercell Telekom”un Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova, şirkətin Media ilə əlaqələr üzrə direktoru Nigar Şıxlinskaya və digər nümayəndələri ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova və sədri Nabil Seyidov arasında görüş keçirilib. Görüşdə gələcək planlar müzakirə olunub, daha fərqli istiqamətlərdə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Sonda “Azercell Telekom”u “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətini dəstəkləməklə uşaqların hüquqlarının qorunmasında uzunmüddətli töhfəyə və əməkdaşlığa görə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi Fəxri Fərmanla təltif edib.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin təqdim etdiyi hesabata əsasən mərkəzə 2021-ci il ərzində müxtəlif sahələri əhatə edən problemlərin həlli ilə bağlı 5300-ə yaxın zəng edilib. Bunlardan 1471-i təhsil, 1036-sı hüquqi, 822-si psixoloji, 606-sı səhiyyə, 501-i sosial və digər məsələlərlə bağlı zənglər olub. Müraciət edənlərə əsasən telefon vasitəsilə psixoloji yardım göstərilib, ehtiyac olduqda isə fərdi və qrup terapiyaları həyata keçirilib. Həmçinin ailələrdə psixoloji və fiziki zorakılıq halları ilə bağlı 414 müraciət daxil olub. Bu müraciətlərin hər biri ilə əlaqədar ailələrlə iş aparılıb, hüquqi məsləhətlər verilib.
İl ərzində qaynar xəttə daxil olmuş müraciətlərin araşdırılması və müvafiq yardımların göstərilməsi məqsədilə mərkəz tərəfindən müxtəlif təşkilatlara 364 məktub ünvanlanıb. Bəzi müraciətlərin ətraflı araşdırılması məqsədilə 81 ailə mərkəzə dəvət olunub, onların uşaqları ilə 263 sosial-psixoloji reabilitasiya işi həyata keçirilib. Daxil olan müraciətlərə əsasən bir sıra ailə və məktəbə təcili-təxirəsalınmaz səfər təşkil edilib.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin fəaliyyəti yalnız zənglərin cavablandırılması ilə bitmir. Eyni zamanda, hər il əhalinin məlumatlılığının artırılması, uşaq və yeniyetmələr üçün əlçatanlığın təmin edilməsi məqsədilə qaynar xətt xidmətinin əməkdaşları tərəfindən müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir. Ümumilikdə, 2021-ci il ərzində maarifləndirmə tədbirlərinə 1500-dən çox uşaq cəlb olunub.
“Uşaq Qaynar Xətt”inə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, [email protected] elektron poçtu, Facebook və Instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb