Səməd Seyidov AŞPA-da yüksək vəzifəyə seçildi

img

24-01-2022 [21:10]


Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin birinci vitse-prezidenti vəzifəsinə seçilib.

Mia.az xəbər verir ki, bu barədə Səməd Seyidov özünün “Twitter” səhifəsində yazıb.

O bildirib ki, Strasburqda yekdilliklə çox məsul vəzifəyə: AŞPA-nın monitorinq komitəsi sədrinin birinci vitse-presidenti seçilməkdən qürur duyur.

Xatırladaq ki, bu gün hollandiyalı deputat Tini Koks AŞPA-nın yeni prezidenti seçilib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR