Maskalı şəxslər Ermənistan polisinin sabiq mətbuat katibini evindən aparıblar

img

24-01-2022 [19:23]


Ermənistan polisinin mətbuat xidmətinin keçmiş rəhbəri, eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” müxalifət blokunun üzvü, polis polkovniki Sayat Şirinyan saxlanılıb.

“Sputnik Armeniya”xəbər verir ki, bu barədə onun vəkili Benik Qaltsyan m'lumat verib.

"Təxminən 30 dəqiqə əvvəl maskalı şəxslər Sayat Şirinyanı evindən çıxarıblar”, - o, feysbuk hesabında yazıb.

Saxlanmanın səbəbləri hələlik məlum deyil/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR