Kremlin Ukraynada rusiyayönlü lideri hakimiyyətə gətirmək planı.. - Britanaiya XİN-dən sensasiyalı iddia yayıldı, Rəsmi Moskva isə...

img

23-01-2022 [14:27]


Rusiya Ukraynada rusiyayönlü hökumət qurmağı planlaşdırır. 

Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. 

“Rusiya hakimiyyətinin Kiyevə rusiyapərəst lideri gətirmək istədiyini göstərən məlumatlar var. Ukraynanın keçmiş xalq deputatı Yevgeni Muraev potensial namizəd kimi nəzərdən keçirilir”, - Britaniya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib. 

Məlumatda Rusiya xüsusi xidmət orqanlarının bir çox keçmiş ukraynalı siyasətçilərlə əlaqə saxlaması ilə bağlı mövcud informasiyalara diqqət yetirilir. "Bu siyasətçilər arasında 2012-2014-cü illərdə Ukrayna Baş nazirinin birinci müavini Sergey Arbuzov; Andrey Klyuev, 2010-2012-ci illərdə baş nazirin birinci müavini, Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin administrasiyasının rəhbəri; Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) keçmiş sədr müavini Vladimir Sivkoviç və 2010-2014-cü illərdə baş nazir vəzifəsində çalışmış Nikolay Azarov var".

Britaniya Xarici İşlər Nazirliyi hesab edir ki, bu şəxslərdən bəziləri “hazırda Ukraynaya hücum planlaşdırmaq vəzifəsi daşıyan Rusiya kəşfiyyatçıları ilə əlaqə saxlayır”. 

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi Britaniya XİN-in “Rusiyanın Ukraynada rusiyayönlü hakimiyyətlər yaratmaq planı” ilə bağlı ittihamlarını rədd edib. 

“Britaniya Xarici İşlər Nazirliyinin yaydığı dezinformasiya Ukrayna ətrafında gərginliyi artıranların anqlo-saksonların başçılıq etdiyi NATO ölkələri olduğuna daha bir sübutdur”, - Rusiya Xarici İşlər Nazirliyinin Telegram-da yayımladığı mesajda deyilir. 

Rusiya Xarici İşlər Nazirliyi Britaniya XİN-i “təxribat fəaliyyətlərini dayandırmağa, cəfəngiyyat yaymağı dayandırmağa" çağırıb/Avropa.info.


Digər xəbərlər
SON XƏBƏRLƏR