""Topaz”ın kimin monopoliyasında olduğunu bilmirəm, amma..." - Deputat

img

23-01-2022 [12:15]


“Topaz”ın kimin monopoliyasında olduğunu bilmirəm. Mənim də qulağıma çatır ki, bunu Cavid Qurbanovla əlaqələndirilər, amma əlimdə fakt olmadan dəqiq söz deyə bilmərəm. Hər kim olursa-olsun, bu, Azərbaycana ziyan vurmaqdan başqa bir şey deyil. Həmçinin “Topaz” şəxsi varlanma vasitəsidir. Milli Məclisdə mərc oyunları, qumarın fərqləndirilməsi ilə bağlı qanunvericiliyə müəyyən dəyişikliklər etdik. Burada məqsəd nəyin qumar, nəyin mərc oyunu, latoreya və s. olmasını fərqləndirmək idi. Bu, məsələnin qanuni tərəfidir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat bildirib ki, məsələnin mənəvi tərəfinə gəlincə isə, şəxsən heç vaxt mərc oyunlarını, latoreyaları qəbul etmir:

“Hesab edirəm ki, bu, dövlətin özünün qumar oynamasıdır. Dövlət vətəndaşa bunu qadağan edir, amma özü onlarla qumar oynayır. Çəkinmədən deyirəm ki, bunu qəbul etmirəm. Hələ həyatımda bir dəfə olsun lotoreya almamışam, çünki həm bəxtimə güvənmirəm, həm də hər şeyi özüm əldə etmək istəyirəm. Əslində, “Topaz”da qeyri-sağlam münasibətlər kəskindir. Bu, əhalini soymağa, faydalı işdən yayındırmağa xidmət edir və onlara ideoloji cəhətdən ziyan vurur. Bəzi vətəndaşlar ailəsini dolandırmaq əvəzinə mütəmadi lotoreya biletləri alır, mərc oyunlarına girişir, əşyaları satıb onun pulunu, əmək haqlarını, pensiyaları belə oyunlara qoyurlar. Bütün bunlar Azərbaycan xalqına ciddi ziyan vurur. Qanunvericilikdə belə oyunlar qanuniləşib. Amma bir insan kimi mən belə mərc oyunları və lotoreyaları pərdələnmiş qumar sistemi hesab edirəm. Xalqın mənəviyyatına qarşı yönəlmiş haldır”. (Pavda.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq