Azərbaycan Kuboku: İlk 1/4 final oyunlarının vaxtı bəlli oldu

img

23-01-2022 [09:17]


Futbol üzrə Azərbaycan Kubokunda ¼ final mərhələsinin ilk görüşlərinin oyun cədvəli müəyyənləşib.

Mia.az xəbər verir ki, 1 fevrala təsadüf edəcək ilk oyun günündə "Qarabağ" "Keşlə"ni, "Neftçi" "Sabah"ı qəbul edəcək.

Ertəsi gün isə "Zirə" "Səbail"i, "Sumqayıt" "Qəbələ"ni sınağa çəkəcək.

1/4 final, ilk oyunlar

1 fevral (çərşənbə axşamı)

17:30. “Qarabağ” – “Keşlə”
Tofiq Bəhramov adına Respublika Stadionu

19:45. “Neftçi” – “Sabah”
“Bakcell Arena”

2 fevral (çərşənbə)

17:00. “Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu

19:15. “Sumqayıt” – “Qəbələ”
“Kapital Bank Arena”,

Qarşılaşmalar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA