Birinci vitse-prezident və vitse-prezidentlərə ömürlük diplomatik pasport veriləcək - Prezident yeni qnaunu təsdiqlədi

img

22-01-2022 [13:22]


Azərbaycanın Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə ömürlük diplomatik pasport veriləcək.

Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Pasportlar haqqında”, “Dövlət qulluğu haqqında”, “Diplomatik xidmət haqqında” qanunlarında və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda öz əskini tapıb.

Belə ki, dəyişikliklə Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA