Vilayət Eyvazov Ramil Usubovun yaxın qohumunu vəzifədən azad etdi 

img

21-01-2022 [16:28]


Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Urxan Şirinov işdən azad edilib.

Mia.az Oxu.Az-a istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə o, sərəncama götürülüb.

Urxan Şirinov DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Nüsrət Şirinovun qardaşı oğludur.

N.Şirinov isə Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun qaynıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR