Sabiq kafedra müdirinə qarşı dələduzluq edən şəxsə şərti cəza verilib

img

21-01-2022 [13:49]


Bakı Dövlət Universitetinin (BDU) sabiq kafedra müdirinə qarşı dələduzluqda təqsirləndirilən Əliyev Elbrus Şahmar oğluna hökm oxunub və ona şərti cəza verilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda elan edilib.

İttiham aktına əsasən, E.Əliyev BDU-nun Sosial elmlər və Psixologiya fakültəsinin müəllimi, sabiq kafedra müdiri olmuş Hüseyn Məmmədovun oğlunu prokurorluq orqanlarında işə düzəldəcəyi vədini verərək ondan 50 min manat pul alıb.

Bundan başqa, ​​E.Əliyevin cinayət işi üzrə daha iki nəfər zərərçəkmiş var. Onlar da universitetə tələbə qəbul etdirmək, həbs edilən şəxsin cəzasının azaldılması üçün təqsirləndirilən şəxsə pul veriblər.

Məhkəmədə elan edilib ki, cinayət işi üzrə zərərçəkmişlərə dəymiş 150 min manat ödənilib.

İstintaq dövründə E.Əliyevin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.

Xatırladaq ki, bu cinayət işi üzrə iki il əvvəl Eldar Yusifov təqsirləndirilərək məhkəməyə çıxarılıb. E.Yusifov məhkəmədə təqsirsiz olduğunu, pulları E.Əliyevin aldığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Yusifov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 34, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirli bilinərək 11 min manat cərimə olunub və məhkəmə zalından azadlığa buraxılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR