Ednews.net saytına yeni baş redaktor təyin edilib

img

21-01-2022 [13:40]


Ednews.net (Avrasiya Gündəliyi) beynəlxalq analitik informasiya portalına yeni baş redaktor təyin olunub.

Mia.az xəbər verir ki, bu vəzifəyə jurnalist Vüsalə Balayeva təyinat alıb.  

Xatırladaq ki, Balayeva Vüsalə  bundan əvvəl bir neçə media qurumda məsul vəzifələrdə çalışıb. O, Azərbaycan Radiosunun Proqramlar Departamentində şöbə müdiri, İctimai Televiziyada redaktor, daha sonra baş direktorun radio üzrə müavini vəzifəsində çalışıb və bir sıra layihələrin rəhbəri olub. Eyni zamanda, keçmiş ANS televiziyasında Proqramlar departamentinin direktor müavini kimi fəaliyyət göstərib.
V.Balayeva həmçinin son 4 ildə əvvəl “Ölkə.Az” saytında müxbir, daha sonra Bizim.Media xəbər portalında redaktor-jurnalist və Parlament müxbiri kimi fəaliyyət göstərib. 
Qeyd edək ki, ednews.net (Avrasiya Gündəliyi) Beynəlxalq Avrasiya Mətbuat Fondu və Avrasiya Media Şəbəkəsinin müxtəlif regional və qlobal münaqişələrin dinc yolla həll olunması istiqamətində töhfə vermək məqsədi daşıyan təşəbbüsüdür. Sayt 2015-ci il avqustun 1-dən fəaliyyət göstərir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı