SABİQ BAŞ NAZİR BARƏSİNDƏKİ İDDİALARDAN DANIŞDI: "Məgər Rasizadənin işi-gücü yox idi ki, Qorbaçova teleqram göndərir?!”
20-01-2022 [17:27]
Sovet Ordusunun 20 yanvar 1990-cı il tarixində Bakıda törətdiyi qanlı hadisələrin 32-ci ildönümündə xatırlanan məmurlardan biri də Azərbaycanın keçmiş Baş nazir Artur Rasizadədir.
İddialara görə, məhz A.Rasizadə Bakıdakı etirazçılara qarşı qoşun yeritmək barədə Moskvaya gizli teleqram göndərib.
Mia.az xəbər verir ki, ancaq A.Rasizadə Modern.az-a müsahibəsində bu iddiaları təkzib edib. “Bu barədə iddialardan, yazılanlardan xəbərim var. Amma Sovet İttifaqının tarixində belə bir şey olmayıb ki, hansısa respublikanın Baş nazirinin müavini Mərkəzi Komitənin Baş katibinə məktub ya da teleqram göndərsin. Məgər Rasizadənin işi-gücü yox idi ki, Qorbaçova teleqram göndərir?!”.
A.Rasizadə deyib ki, respublikanın Birinci katibi, ikinci katibi, Baş naziri yerində ola-ola Baş nazirin müavini Qorbaçova məktub yaza bilməzdi: “Artur Rasizadə hansı statusla Qorbaçova məktub göndərib Sovet qoşunlarını Bakıya dəvət edir? Belə yalan olar?! Əlbəttə yalandır...”.
Sabiq Baş nazirin sözlərinə görə, hər yazılana əhəmiyyət verməyə çalışmır: “Hər yazılana cavab versəydim, gərək işləməyəydim. 22 il Baş nazir, 6 il Baş nazirin birinci müavini, 4 il Mərkəzi Komitənin Maşınqayırma şöbəsinin rəisi və sairə vəzifələrdə işləmişəm. Ulu öndər Heydər Əliyev həmişə deyirdi. “Yalan informasiyalar yazılanda baş qoşma”. Mən də həmişə elə düşünmüşəm. Yalan yayanlar vicdanını qarşısına qoyub özünə sual versin ki, “bu qədər yalanlarla nəyi sübut etmək istəyirəm?!”.
Xatırladaq ki, A.Rasizadə 1990-cı ilin yanvar hadisələri zamanı Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutub. Həmin dövrdə Nazirlər Sovetinin sədri vəzifəsində Ayaz Mütəllibov çalışıb.
Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi postunda isə Əbdürrəhman Vəzirov işləyib. Adları çəkilən hər üç keçmiş məmur müsahibələrində sovet qoşunlarının Bakıya çağrımadıqlarını iddia ediblər.
20 Yanvar hadisələri zamanı Azərbaycan Nazirlər Sovetinin sədri olmuş eks-prezident Ayaz Mütəllibov hələ bir neçə il öncə müsahibəsində deyib ki, nə özü, nə də Əbdürrəhman Vəzirov 20 yanvarda ordunun Bakıya girəcəyinə inanmayıb. "Əbdürrəhman Vəzirov məgər bilirdi ki, 20 yanvarda ordu Bakıya girəcək? 16 yanvarda o, vəzifədən uzaqlaşdırılmış, Moskvaya getmişdi".
A.Mütəllibov bildirib ki, həmin dövrdə Azərbaycanın bütün rəhbərləri vəzifələrindən uzaqlaşdırılmışdılar, ölkəni isə Moskvadan gələn Yevgeni Primakovun rəhbərliyi ilə bir qrup şəxs idarə edib.
Qırğızıstan prezidenti Füzuliyə gedib - İlham Əliyev qarşılayıb
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib