Milli Məclisin Səhiyyə komitəsi toplandı: nələr müzakirə olunub?
19-01-2022 [17:33]
Bu gün Milli Məclisin Səhiyyə komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası açan komitə sədri Əhliman Əmiraslanovun təklifi ilə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra komitə sədri iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat və Səhiyyə komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planı daxil olmaqla gündəliyə 2 məsələ çıxarılıb.
Əvvəlcə Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat iclasa təqdim olunub.
Əhliman Əmiraslanov bildirib ki, hesabat müddətində komitənin 9 iclası keçirilib, 14 məsələyə baxılıb və iclaslarda oxunuşlardan keçən qanun layihələrinin hamısı Milli Məclisin plenar iclası tərəfindən qəbul edilib.
Bundan əlavə, payız sessiyası dövründə komitədə “Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər” və “Ölkədə icbari tibbi sığorta ilə bağlı görülən işlər, hazırki vəziyyət və gələcək planlar” mövzularında geniş tərkibli 2 dinləmə keçirilib. Eyni zamanda, hesabat dövründə komitəyə daxil olan 229 ərizə və şikayət araşdırılıb, müvafiq tədbirlər görülüb.
Gündəliyin ikinci məsələsi - Milli Məclisin Səhiyyə komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı komitə sədri bildirib ki, qarşıdakı sessiyada komitəyə qanunvericilik subyektlərindən daxil olacaq qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması, həmçinin komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilməsi nəzərdə tutulub. Həmçinin “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi, “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri”, “Optika və optikaçılıq”, “Ürək və qan dövranı çatışmazlığı xəstəlikləri” və “Tibbi tullantıların idarə olunması” mövzularında dinləmələrin keçirilməsi də plana salınıb.
İclasda Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, komitə üzvləri Kamilə Əliyeva, Məlahət İbrahimqızı, Soltan Məmmədov, Sədaqət Vəliyeva, Kəmaləddin Qafarov, Müşfiq Məmmədli gündəlikdəki məsələlərlə bağlı çıxış ediblər. Çıxışlarda deputatlar icbari tibbi sığortanın həyata keçirilməsində vətəndaş məmnunluğunun artırılması, icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi, dərman bazarının keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılması, antibiotiklərdən qeyri-düzgün istifadənin nizamlanması, orqanların transplantasiyası kimi səhiyyənin aktual məsələləri ilə bağlı öz fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda Səhiyyə komitəsinin Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlərlə bağlı hesabatı məqbul sayılıb və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
İclasda deputat Anatoliy Rafailov və digər rəsmi şəxslər də iştirak ediblər.
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO