4 qum-çınqıl yatağı bu şəxslərə satıldı - SİYAHI

img

19-01-2022 [12:55]


Qəbələ rayonunda yerləşən “Bumçay”, “Dəmiraparançay”, “Tikanlıçay” və “Xırxatala” qum-çınqıl yataqlarının müvafiq olaraq 5, 10.5, 5 və 8 hektar sahəsi istifadəyə verilib.

Mia.az İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirib.

"Bumçay”, “Dəmiraparançay”, “Tikanlıçay” qum-çınqıl yataqlarının LOT-1 üzrə, “Xırxatala” qum-çınqıl yatağının LOT-4 üzrə qalibi "Körpü-Bina-Tikinti" MMC, “Dəmiraparançay”ın LOT-2 və “Xırxatala”nın LOT-1 üzrə qalibi "SAND AZ" MMC, “Dəmiraparançay”ın LOT-3 üzrə qalibi fiziki şəxs Qəribov Rauf Mübariz oğlu olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR