Tağıyevin abidəsini zədələyən şəxslərlə bağlı qərar verildi - FOTO (Yenilənib)

img

21-01-2022 [16:57]


Səbail Rayon Məhkəməsi Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurmaqda təqsirləndirilən Vüqar Tağızadə və Allahverdi Məmmədli ilə bağlı qərar çıxarıb.

Məlumata görə, məhkəmə hər iki şəxsin barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçib/Report.

***

Səbail rayonunda Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vuran şəxslərə cinayət işi açılıb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, bununla əlaqədar Səbail Rayon Polis İdarəsi (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli ilə müəyyən olunaraq saxlanılıb.

Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

***

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.

O bildirib ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər yetirən şəxslər polis tərəfindən gecə ilə müəyyən olunaraq saxlanılıb: "Heykəlin qoparılan elementi heykəltəraşın iştirakı ilə yerinə bərpa edilib. Hazırda faktla bağlı araşdırma aparılır".

Xatırladaq ki, sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin zədələnməsi barədə görüntülər yayılmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR