Reper cinsi istismarda ittiham olunur - Yarışma dayandırıldı

img

18-01-2022 [18:14]


“O səs Hollandiya” mahnı müsabiqəsinin yayımı dayandırılıb.

Buna səbəb yarışmanın adının cinsi istismar iddialarında hallanması olub.

Bildirilib ki, şounun heyətinin seksual xarakter daşıyan davranışları və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi iddialarına görə proqram müvəqqəti olaraq ləğv olunub. Bundan başqa verilişin komandasına qarşı istintaq başladılıb.

Qalmaqalın üzə çıxmasından sonra proqramın qrup rəhbəri Cerun Ritbergen də istefa verib. O, bütün bunlardan xəbərsiz olduğunu açıqlayıb.

Vəkillərin sözügedən məsələ ilə bağlı verdiyi açıqlamalarda proqramın münsifi, reper Ali B-nin adı çəkilib. Lakin o, iddihamları sosial media hesabında paylaşım edərək rədd edib.

Ölkə prokurorluğu cinayət işinin açıldığını təsdiqləyib. Hazırda araşdırma aparılır/axsam.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR