Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc əməkdaşların andiçmə mərasimi keçirilib
17-01-2022 [15:44]
Yanvarın 17-də Azərbaycanın Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc əməkdaşların andiçmə mərasimi keçirilib.
Mia.az xəbər verir ki, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc əməkdaşlar ilk növbədə Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublarə.
Şəhidlər xiyabanına gələn gənc hüquqşünaslar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.
Mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa dilənib.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və düşünülmüş dövlətçilik kursunun alternativsiz davamçısı, “Qarabağ Azərbaycandır” ifadəsini milli mübarizəmizin rəmzinə çevirən möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin möhtəşəm uğurlara imza atmaqla növbəti onilliklər üçün tərəqqisinə və qələbələrinə geniş imkanlar yaradıldığını bildirib.
Tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılan Vətən müharibəsi zəfərinin Azərbaycanın regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirməklə ölkə başçısının rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə gerçəkləşən nəhəng və surətli tikinti-quruculuq, bərpa işlərinin əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdış”ın əsasını qoyduğu, eləcə də Zəfər yolunun və Qarabağın “hava qapısı” Füzuli beynəlxalq hava limanının istifadəyə verilməsinin, 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsinin doğma torpaqlarımızın dirçəldilməsinin təminatı olduğu diqqətə çatdırılmışdır.
Azərbaycan dövləti və xalqı üçün əlamətdar olan bir gündə - iyunun 15-də Şuşa şəhərində imzalanan Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında müstəsna siyasi və tarixi əhəmiyyətə malik Bəyannamənin Qarabağ zəfərindən sonra qazanılan növbəti tarixi uğur olmaqla yanaşı iki dost və qardaş ölkə arasında mövcud əlaqələri və əməkdaşlığı yeni strateji müttəfiqlik səviyyəsinə yüksəltdiyi bildirilmişdir.
Qeyd edilmişdir ki, ölkə Başçısının parlaq diplomatik məharəti sayəsində Vətən Müharibəsinin nəticələri mötəbər beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən də qəbul edilmiş, bölgədə sülh və əmin-amanlığın bərpası istiqamətində ötən ilin noyabr və dekabr aylarında müvafiq olaraq Soçidə Rusiya Prezidentinin və Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Ermənistanın Baş naziri ilə keçirilmiş üçtərəfli görüşlər diplomatik qələbəmizin növbəti təntənəsi olmuşdur.
Mərasimdə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələrinin, döyüşlər zamanı yaralanan qazilərin, eləcə də müharibə iştirakçılarının Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna qayğısı ilə əhatə olunduqları xüsusi vurğulanmışdır.
Bu baxımdan Qarabağ müharibəsi əlillərinin və onların ailə üzvlərinin sosial müdafiəsinə xüsusi qayğının daha bir təzahürü olaraq I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəniş edilməsi barədə ölkə başçısının fərmanı, Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yeni evlərin və mənzillərin verilməsi, onların maddi-sosial problemlərinin aradan qaldırılması və təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” fondunun həyata keçirdiyi tədbirlərin önəmi diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin fədakar və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz dünyaya yeni iqtisadi və sosial inkişaf modelini təqdim edərək 2021-ci ildə də bütün sahələrdə inkişaf tempini qoruyub saxlaya bilmiş, həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə ölkəmizdə pandemiya tam nəzarət altına alınmış, koronavirusla mübarizə tədbirləri ilə yanaşı 44 günlük Vətən müharibəsinə baxmayaraq ötən il ərzində heç bir sosial layihə təxirə salınmamış, iqtisadi islahatlar daha da dərinləşmişdir.
Ulu öndər Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr yolu ilə qulluğa qəbul olunmuş hüquqşünasların Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun əhəmiyyətli hissəsini təşkil etməsi, onların tutduqları vəzifələrdə səmərəli fəaliyyəti, həmin gənclərin bir çoxunun rəhbər və yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilməsi ölkə həyatının bütün sahələrində gənclərin daha mühüm vəzifələrə təyin edilməsi barədə Prezident İlham Əliyevin göstərişlərinin icrasının nəticələridir.
Baş prokuror bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda gəncliyin inkişaf yoluna işıq salmaqla gənclərin dövlət idarəçiliyində, bir sözlə, ictimai həyatın bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin etmişdir. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən mütəmadi tədbirlər gənclərin təhsil, ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynayaraq gəncliyin uğurlu gələcəyinə hesablanmışdır.
Ölkə Başçısının rəhbərliyi ilə görülən işlərin, milli mənafeyimizin ən yüksək səviyyədə qorunmaqla dönməz sabitliyə və təhlükəsizliyə, davamlı inkişafa, etibarlı sosial rifaha, tərəqqiyə və firavan gələcəyə yönəlmiş fəaliyyətinin xalqımız tərəfindən daim dəstəkləndiyi nəzərə çatdıran Baş Prokuror prokurorluq əməkdaşlarının həyata keçirilən siyasi kursa, dövlətə və dövlətçiliyə daim sadiq olduqlarını qeyd etmişdir.
Bildirilmişdir ki, prokurorluq orqanlarına qulluğa qəbulla bağlı 2021-ci ildə keçirilmiş 23-cü müsabiqədə namizədlərin yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, xarici dil biliklərinə, sağlam mənəviyyata, məntiqi düşünmə qabiliyyətinə və prokurorluqda işləmək üçün zəruri olan digər keyfiyyətlərə malik olmaları, o cümlədən prokurorluqda qulluq keçmək arzuları, prokurorluq orqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla 83 gənc hüquqşünas qulluğa qəbul edilmişdir.
Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə əmr elan edilmiş, işə qəbul olunanlar təntənəli surətdə and içmiş və onlara xidməti vəsiqələr Baş Prokuror Kamran Əliyev tərəfindən təqdim olunmuşdur.
Prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərdən Sevinc Qasımova, Elvin Rafailzadə və Vətən müharibəsi iştirakçısı Xalıq Dadaşzadə çıxış edərək gənc mütəxəssislərə göstərilən dövlət qayğısına görə ölkə başısına öz minnətdarlıqlarını bildirmiş və onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz vermişlər.
Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
Baş prokuror Kamran Əliyev mərasimə yekun vuraraq qulluğa qəbul olunan gənc prokurorluq əməkdaşlarını təbrik etmiş, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarından əminliyini ifadə etmişdir.
Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilmişdir.
Prezident bu görüntüləri paylaşdı - VİDEO
Partiya sədri: "Bakı və Abşerondan başqa heç bir rayon və şəhər öz xərclərini özü ödəyə bilməz"
Ramiz Mehdiyevin 5 il 2 ay əvvəlki şantajı, yaxud bəzilərinin faktları təhrif etmək çabası...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zəngilanın azad edilməsindən 5 il ötür
PARTİYA SƏDRİNİN RAMİZ MEHDİYEVƏ ELƏ MƏKTUBU ÜZƏ ÇIXDI Kİ... - Sənəd
Səfir Qüdsi Osmanov 10 il əvvəl Abbas Abbasovu və Ramiz Mehdiyevi niyə xain elan etmişdi? - ŞOK TƏFƏRRÜAT
Ziya Məmmədovun ölkədən çıxışına “stop” qoyulub
Sahibə Qafarova Ermənistan parlamentinin spikeri ilə görüşəcək
Sabah yağış yağacaq
Qeyri-Hökumət Təşkilatları Şuşada toplaşıb - FOTO
Göygöldə ər-aravdı maşın vurub
Ramiz Mehdiyevin ailə üzvləri də dindirilib? - Yeni iddia yayıldı
"Neftçi" klubu məşhur hücumçu ilə anlaşıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qoy hər kəs bilsin: mən Zahid Oruc o böhtanlara əsas verəcək bircə əməlin sahibi deyiləm" - STM rəhbəri açıqlama yaydı
RAMİZ MEHDİYEV – NANKORLUQ VƏ XƏYANƏT ANATOMİYASI : Onun planında kimlər olub? + ŞOK ADLAR
Prezident İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul etdi - MÜZAKİRƏ + FOTOLAR
Akademiyanın 86 minlik tenderi ləğv olunub
Romada muğam konserti təşkil edilib - FOTOTLAR
Azercell “CyberCell Hackathon”a start verir
Rusiyalı bloqer Türkiyədə evində ölü tapıldı - Axtarışa verilmişdi
Gürcüstanın sabiq baş naziri, DTX-nin keçmiş rəhbəri, keçmiş baş prokuror... - Onların evində böyük pullar aşkarlandı
Qızı da atası kimi villasına adını həkk etdirib - FOTOLAR
İLHAM ƏLİYEV RAMİZ MEHDİYEVLƏ BAĞLI SƏRƏNCAM İMZALADI - Təhlükəzlik Şurasından yola salındı
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb - Mehriban Əliyeva tədbirdə + FOTOLAR
Prezident İlham Əliyev “Kazinform”a müsahibə verib: "Xəzərin su səviyyəsi sürətlə azalır və..."
Azərbaycan neftinin qiyməti 62 dollara düşüb
“AzərTac” Ramiz Mehdiyevi boz kardinal elan etməklə nə məqsəd güdür?
"Mənim gəlinim aydan arı, sudan durudur" - Tovuzdakı dəhşətli ailə dramı haqda süjet (VİDEO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
Orkun Kökçü "Beşiktaş"ın kapitanı oldu
Zelenski Ağ Evdə: "NATO ən yaxşısıdır, lakin silahlar da çox vacibdir" - Tramp isə...
Hakan Fidan suriyalı həmkarı ilə müzakirə aparıb
Keçmiş aparıcı mətbuat katbi təyin olunub
Mehdiyev hakimiyyəti ələ keçirsəydi… - TƏHLİL
"Fənərbağça" prezidenti futbolçuları bağışlayıb
GƏLƏN İLİN BÜDCƏSİ MM-ə GÖNDƏRİLDİ - 38.9 milyardlıq gəlir və...