"Keşlə" klubunun futbolçusu koronavirusa yoluxub

img

17-01-2022 [18:07]


"Keşlə" klubunun futbolçusu Miyuşko Boyoviç koronavirusa yoluxub.

Bu barədə komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib.

Onun sözlərinə görə, hazırda ölkəsində olan monteneqrolu müdafiəçi sağaldıqdan sonra Bakıya qayıdacaq: "Boyoviçin komandada qalıb-qalmayacağı düşərgəyə qoşulduqdan sonra bilinəcək. Hələlik müalicəsi ilə məşğuldur. İndi elə vəziyyətdir ki, hər şey ola bilər. Çünki qışda futbolçu tapmaq çox çətindir"/Report.

Qeyd edək ki, Miyuşko Boyoviç 2019-cu ildən "Keşlə"də çıxış edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR