KTMT hərbçiləri bu tarixədək Qazaxıstanı tərk edəcək - Baş katibdən açıqlama

img

15-01-2022 [21:27]


Yanvarın 19-dək bütün sülhməramlılar Qazaxıstanı tərk edəcəklər.

"RİA Novosti" xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas "Belarus 1" telekanalına müsahibəsində deyib.

S.Zas bildirib ki, Qazaxıstanda vəziyyət yaxşılaşır, lakin ölkə hakimiyyətinin hələ çox işi var.

KTMT-nin baş katibi Qazaxıstanda iğtişaşlar zamanı saxlanılanlar arasında əcnəbilərin olduğunu qeyd edib/Report.

Onu da qeyd edək ki, Qazaxıstanda baş verən etirazlar zamanı 19-u polis olmaqla, ümumilikdə 225 nəfər ölüb, 4578 nəfər isə yaralanıb.

Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR