Lavrov: "Rusiya Qarabağ münaqişəsinin həll olunmasında yaxından iştirak edib"

img

14-01-2022 [13:12]


"Rusiya Qarabağ münaqişəsinin həll olunmasında yaxından iştirak edib".

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.

O deyib ki, biz müxtəlif münaqişələrin həlli ilə bağlı işlərə yaxından cəlb olunmuşduq: "Bunlar Qarabağ, Suriya, Liviya, Əfqanıstan, İranın nüvə proqramı, Fələstin, Koreya yarımadasındakı vəziyyətdir”.

XİN başçısı həmçinin Qazaxıstanın üz-üzə qaldığı “aşkar terror təhlükəsi”ni dəf etməyə Rusiya sülhməramlı qüvvələrin kömək göstərdiyini də söyləyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR