Mərkəz rəhbəri: "Orta Asiyada daha çox Çin və Rusiya maraqları toqquşur, nəinki Türkiyə-Rusiya”

img

14-01-2022 [12:48]


“Bəzi insanlar Qazaxıstandakı proseslərə həqiqətəuyğun olmayan şərhlər verirlər. Hətta Azərbaycana ziyan olan məlumatları da tirajlayırlar”.

Bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev rəhbərlik etdiyi qurumda Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli mediaya verdiyi müsahibəsi zamanı səsləndirilmiş əsas fikirlərə dair açıq müzakirələrdə deyib.

“Deyirlər ki, Qazaxıstanda olan hadisələr Turanın dağıdılmasıdır. Biz hadisələrə baxsaq görərik ki, proses gündəlik məsələlərdən başlayıb. Turanla bağlı məsələ isə orada heç yoxdur. Orta Asiyada daha çox Çin və Rusiya maraqları toqquşur, nəinki Türkiyə-Rusiya”, - o vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR