Türkiyə və Ermənistan xüsusi nümayəndələri Moskvada 1.5 saat müzakirə aparıb - Nələr razılaşdırılıb? -(Açıqlamalar)

img

14-01-2022 [15:47]


Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında Rusiyanın paytaxtı Moskvada keçirilən ilk görüş başa çatıb.

Mia.az xəbər verir ki, Türkiyə XİN 1,5 saat çəkən danışıqlar barədə açıqlama yayıb.

Bildirilib ki, tərəflər müzakirələri ilkin şərtlər olmadan davam etdirməyə razılaşıblar: “Xüsusi nümayəndələr pozitiv və konstruktiv atomosfesdə gerçəkləşən ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə davam etdiriləcək normallaşma prosesində yönəlik fikir mübadiləsi aparıblar. İkinci görüşün yeri və tarixi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək”.

Ermənistanın Xarici İşlər Nazirliyi də görüşlə bağlı məlumat yayıb.

Mia.az xəbər verir ki, açıqlamada bildirilib ki, xXüsusi nümayəndələr pozitiv və konstruktiv atmosferdə gerçəkləşən ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə davam etdiriləcək normallaşma prosesinə yönəlik fikir mübadiləsi aparıblar: "Tərəflər müzakirələri ilkin şərtlər olmadan davam etdirməyə razılaşıblar İkinci görüşün yeri və tarixi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək”.

***

Türkiyənin Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndəsi Serdar Kılıç və Ermənistanın Türkiyə üzrə nümayəndəsi Ruben Rubinyan ilk görüş üçün Rusiyanın paytaxtı Moskva şəhərində səfərdədirlər.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Nümayəndə heyətləri ikitərəfli münasibətlərin normallaşdırılması üzrə iki ölkənin xüsusi nümayəndələrinin ilk görüşünün keçiriləcəyi Moskvada Rusiya Xarici İşlər Nazirliyinin qəbul evinə gəlib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR