İlham Əliyev Ərdoğana məktub göndərdi: "Hər zaman qardaş Türkiyənin yanında olmağa davam edəcəyik"
GÜNDƏM
14.01.2022, 10:00
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
Mia.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Sizi və qardaş Türkiyə xalqını Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.
14 yanvar 1992-ci ildə qardaş Türkiyə ilə diplomatik əlaqələrin yaradılması Azərbaycan Respublikasının tarixində əlamətdar hadisə olmuşdur. XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuş Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra da diplomatik münasibətlərin qurulması əsl qardaşlıq və həmrəylik nümunəsi kimi xalqımızın milli yaddaşına əbədi olaraq həkk olunmuşdur.
Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, ötən dövr ərzində Azərbaycan-Türkiyə münasibətləri möhtəşəm inkişaf yolu keçmişdir. Ölkələrimiz tarixi sınaqlardan şərəflə və başıuca çıxaraq “Bir millət iki dövlət” şüarının ruhuna sadiqliyini təsdiq etmiş, onu yaşatmışdır.
Xalqlarımızın əsrlərdən-əsrlərə keçən birliyi, qardaşlığı və dostluğu kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün özünün ən yüksək səviyyəsindədir. Qardaş ölkələrimizin istər siyasi, iqtisadi, ticari, mədəni, enerji, hərbi, texnoloji və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı, istərsə də beynəlxalq təsisatlar çərçivəsində uğurlu iş birliyi bizi sevindirir. Gerçəkləşdirdiyimiz nəhəng enerji, nəqliyyat, infrastruktur layihələri ortaq təşəbbüslərimizin və birgə səylərimizin real təntənəsidir. İkitərəfli əməkdaşlıq zəminində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əmin-amanlığın və sabitliyin bərqərar olmasına töhfə verir.
Keçən ilin iyununda bütün Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması sarsılmaz birliyimizi bir daha təsdiq edən mühüm tarixi addım idi. Bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının konseptual istiqamətlərini müəyyən edərək, gələcək müştərək müvəffəqiyyətlərimizə yol açan yeni mərhələnin əsasını qoymuşdur.
Əziz Qardaşım,
Dünyada bərabəri olmayan, dostluq və qardaşlığın ən gözəl nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin, müttəfiqliyinin inkişafı və möhkəmlənməsində Sizin xidmətləriniz əvəzsizdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək bizi daim ruhlandırır və əlavə güc verirdi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər şəxsən Sizin, Türkiyə Respublikasının, qardaş xalqınızın nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaq. Bu gün də işğaldan azad edilmiş torpaqların əsaslı yenidənqurulması və bərpası işlərində Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəliləməyimiz böyük məmnunluq doğurur. Biz də öz növbəmizdə hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik.
Əminəm ki, bu günün reallığı və xalqlarımızın qürur mənbəyi olan nümunəvi Azərbaycan-Türkiyə birliyi və qardaşlığı gələcək nəsillərə strateji yol xəritəsi, əbədi və sarsılmaz miras olaraq qalacaqdır.
Sizi bu əlamətdar tarixi ildönümü münasibətilə bir daha səmimiyyətlə təbrik edir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Yağəşlı havada "Barselona" rəqibini qol yağışına tutdu
Bugün, 09:05 İDMAN
-
Türkiyədə su anbarına axan çayda minlərlə ölü balıq aşkarlandı - Əhali təşvişə düşüb
Bugün, 09:00 DÜNYA
-
AZAL-ın keçmiş prezidentinin qızı xaricdə bahalə əmlak alıb - 7,5 milyon dollara
Bugün, 08:55 SİYASƏT
-
Lənkəran- Astara magistral yolunda ağır qəza: iki nəfər hadisə yerində ölüb
Bugün, 08:52 KRİMİNAL
-
Kolumbiyada təyyarə qəzaya uğradı: türk iş adamı və 4 sərnişin həlak olub
Bugün, 00:55 DÜNYA
-
İCRA BAŞÇISI FEYSBUK-DAKI SƏHİFƏSİNDƏ "İSLAHAT" APARIR: "Belə bir hal olarsa, xahiş edirəm, yanlış anlamayın və..."
Bugün, 00:48 SİYASƏT
-
İstanbuldan qalxan biznesmenin təyyarəsi enişdə alovlandı - Pilotlar sərxoş imiş (FOTOLAR)
Bugün, 00:35 DÜNYA
-
Pakistan Hindistana nota verdi - İki ölkə arasında gərginlik yenidən böyüdü
Bugün, 00:27 GÜNDƏM
-
Şirvanda "Memarlıq ili"nə "töhfə": binaların aqlayları sökülür, fasad boyalanır, o da ki...
Bugün, 00:15 CƏMİYYƏT
-
YOXLAMA BİTDİ: idarə rəisi, müavin və şöbə müdiri vəzifədən çıxarıldı, müşavirə isə yüksək post həvalə olundu
Bugün, 00:03 GÜNDƏM
-
YANACAQ ZƏNCİRİ QIRILDI, NEFT SÜRƏTLƏ BAHALAŞIR: bir çox dövlətlərdə etirazlar başladı - Dünya qarşısıalınmaz böhrana sürüklənir
Bugün, 00:02 İQTİSADİYYAT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
FED uçot dərəcəsi barədə qərar verdi - 3 ildən sonra artım...
16.09.2026, 23:02 İQTİSADİYYAT
-
Azərbaycanda zəlzələ oldu
16.09.2026, 22:51 CƏMİYYƏT
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb ölüb
16.09.2026, 22:21 CƏMİYYƏT
-
2027-nin büdcəsi: neftin qiyməti nə qədər proqnozlaşdırılıb?
16.09.2026, 21:16 İQTİSADİYYAT
-
Əli Nağıyev Qazaxıstanda tədbirdə: "Regional təhlükəsizliyə təhdidlər sırasında..."
16.09.2026, 20:09 SİYASƏT
-
Arzuların çiçək açdığı təhsil ocağı - Heydər Əliyev adına məktəbdən reportaj (FOTOLAR)
16.09.2026, 18:26 CƏMİYYƏT
-
Avqustda 179 nəfər Avropa ölkələrindən Azərbaycana readmissiya edilib
16.09.2026, 18:12 GÜNDƏM
-
SOCAR Afrikada neft-qaz yatağından pay aldı
16.09.2026, 18:00 İQTİSADİYYAT
-
Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri Əfqanıstanda görüşlər keçirib
16.09.2026, 17:56 DÜNYA
-
Türkiyə və İran XİN başçıları müzakirə apardı - Telefonda
16.09.2026, 17:49 DÜNYA
-
"Yelo Bank"ın Müşahidə Şurasının üzvü bankdan ayrılıb
16.09.2026, 17:37 İQTİSADİYYAT
-
Səudiyyə Ərəbistanına ard-arda hücum: neft obyektləri, hava bazası, F-15 vuruldu - "Dayanmayacağıq, davamlı hücumlarımız olacaq"
16.09.2026, 17:25 GÜNDƏM
-
Prezident sükan arxasında - VİDEO
16.09.2026, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
16.09.2026, 17:00 İQTİSADİYYAT
-
Badamdarda evdə partlayış olub, bir nəfər xəsarət alıb
16.09.2026, 16:54 CƏMİYYƏT
-
Səlçuk Bayraktar paylaşdı - AKINCI-dən atılan SUNGUR raketi hədəfi dəqiqliklə vurdu (VİDEO)
16.09.2026, 16:33 GÜNDƏM
-
Domeniko Tedesko 4 oyun sonra istefaya göndərildi
16.09.2026, 16:21 İDMAN
-
Şahin Mustafayev Federasiya prezidenti seçilib
16.09.2026, 16:06 İDMAN
-
"Leytenant" rütbəsi ilə bağlı hərbi qanunlar dəyişir - DETALLAR
16.09.2026, 16:05 GÜNDƏM
-
Prezident deputatı təltif etdi - Sərəncam
16.09.2026, 15:59 GÜNDƏM
-
İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT: iki nəfər həbs edildi, başçı vəzifədən azad olundu (YENİLƏNİB)
16.09.2026, 15:47 GÜNDƏM
-
Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
16.09.2026, 15:34 MƏDƏNİYYƏT