Çexiyanın Baş naziri parlamentin sessiyasında küçə söyüşü söyüb

img

13-01-2022 [14:32]


Çexiyanın Baş naziri Petr Fial parlamentin sessiyasında söyüş söyüb.

Bu barədə yerli “Novinky” qəzeti bildirib.

Məlumata görə, mikrofonun açılmasını hiss etməyən Baş nazir parlamentdə hökumətə etimadın ləngiməsini küçə söyüşü ilə ifadə edib.

Baş nazirin mətbuat katibi Vaslav Smolka bildirib ki, Fial da adamıdır: “O, tədbirin başlaması ləngidiyi üçün təsadüfən söyüş söyüb”.

Ehtimal edilir ki, Baş nazir deputatların hökumətə etimad göstərmək üçün toplanmaq istəmədiklərindən narahatlığını belə büruzə verib.

Məlumata görə, deputatlar səs vermək üçün toplaşmaq istəmirmiş/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR