Azərbaycanda məmur özünü asıb öldürdü

img

12-01-2022 [18:28]


Tovuz rayonunda 52 yaşlı kişi intihar edib.

Mia.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Göyəbaxan kəndində qeydə alınıb. Kənd sakini, 52 yaşlı Barat Yolçu oğlu Məhərrəmov özünü asıb.

Özünü asan şəxsin Tovuz Rayon İcra Hakimiyyətinin Göyəbaxan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi olduğu deyilir. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR