Azərbaycanda yeni radio açılacaq - Müsabiqə elan olunub

img

12-01-2022 [17:50]


Azərbaycanda yeni radionun açılması üçün müsabiqə elan edilib.

Mia.az xəbər verir ki, bununla bağlı Milli Televiziya və Radio Şurasında video formatda iclas keçirilib.

İclasda ümumrespublika radio kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz işçi tezliyinə) yanvarın 17-dən fevralın 17-dək müsabiqə elan olunması barədə qərar qəbul edilib.

Qeyd edək ki, həmin tezlikdə vaxtilə "Lider" radiosu fəaliyyət göstərib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı