Avropa İttifaqından Bakı və İrəvana daha bir çağırış: "Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr..."

img

12-01-2022 [15:18]


"Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr iki ölkə arasında etimadın möhkəmləndirilməsi üçün tədbirlərin görülməsi zərurətini bir daha təsdiq edir".

Bunu Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarının mətbuat katibi Peter Stano öz tviter hesabında yazıb.

"Aİ hər iki tərəf ilə hərtərəfli həllin əldə olunması üzərində çalışır", - paylaşımda deyilir/Report.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdikləri təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Nəzərov Ayaz Azər oğlu həlak olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR