Ceyhun Bayramovla ABŞ dövlət katibinin köməkçisi telefonda danışdı - Kəlbəcərdəki gərginlik müzakirə olunub

img

11-01-2022 [20:54]


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub.

Mia.az Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, tərəflər regional təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.

C.Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar barəsində danışıb.

Nazir Ermənistan tərəfinin iki dövlət sərhədində təxribatı davam etdirdiyi və Kəlbəcər istiqamətində bir hərbi qulluqçumuzun şəhid olması haqqında qarşı tərəfə məlumat verib və bu təxribata görə məsuliyyətin bilavasitə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

Telefon danışığı zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR