UEFA Azərbaycanın bu klublarına vəsait köçürüb

img

11-01-2022 [16:08]


UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba ödəniş edib.

Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məbləğ 2020/21-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramna görə ödənilib.

Qeyd olunan mövsümdə daxili çempionatda çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməmiş klubların hesabına UEFA-dan maliyyə vəsaiti ayrılıb.

Məbləğlər AFFA-nın vasitəçiliyi ilə klubların hesablarına köçürülüb:

Neftçi” – 72 866 avro
“Səbail” – 72 866 avro
“Qəbələ” – 72 866 avro
“Zirə” – 72 866 avro
“Sumqayıt” – 72 866 avro
“Sabah” – 72 866 avro
“Keşlə” – 72 866 avro

Qeyd edək ki, “Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan Klubun hesabına köçürüləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR