Bakıda Şirvan sakininin pulunu hədə-qorxu ilə alan iki nəfər tutulub

img

11-01-2022 [10:55]


Bakıda Şirvan sakininin pulunu hədə-qorxu ilə alan iki nəfər tutulub.

Mia.az DİN-ə istinadla xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinə (PŞ) yanvarın 8-də 2 nəfərin Şirvan şəhər sakini V.Qurbanovu zorla saxlayıb öldürməklə hədələyərək döymələri və 165 manat pulunu almaları barədə məlumat daxil olub.

Nizami RPİ-nin 24-cü və Metropolitendə Polis Şobələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş C.Hacıağayev və Culfa rayon sakini S.Əhmədova müəyyən edilərək saxlanılıb.

Nizami RPİ-də araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR