Mahir Emreli "Legiya"nı məhkəməyə verib

img

10-01-2022 [19:44]


Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sını məhkəməyə verib.

Məlumata görə, 25 yaşlı hücumçu Varşava təmilçisinin ona olan borcuna görə bu addımı atıb.

Forvard paytaxt klubundan həm məvacibinin qalan hissəsini, həm də müqaviləsinə xitam verilməsini tələb edir.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR