Tanınmış müğənni ağır qəzaya düşüb - Dalağı çıxarılıb, qara ciyəri kəsilib (FOTOLAR)

img

09-01-2022 [00:01]


Keçən ilin payızına kimi efirlərdə tez-tez görünən, qısa zamanda Azərbaycanda mahnıları ilə geniş tamaşaçı kütləsi toplamağı bacaran Baba Dərələyəzlidən xəbər var.

Mia.az milli.az-a istinadən xəbər verir ki, müğənni gözlənilmədən yatağa düşüb.

Baba Dərələyəzlinin özü faktı təsdiq edib.

O, yatağa düşmə səbəbi ilə bağlı bunları deyib:

"Şamaxı yolunda ağır qəza keçirdik. Çox ağır qəza idi, şükürlər olsun ki, sağ qaldıq, ölmədik. Sürücümlə ikimiz idik avtomobildə. Bu gün artıq o qəzadan 47 gün keçir. Hazırda yerimək imkanlarım məhduddur. Biraz daxili orqanlarımda problem oldu, dalağımı çıxartdılar, biraz qaraciyərimdən kəsdilər. O da Allahın köməkliyi ilə bərpa olunar.

Daxili orqanlarım bərpa olunur, amma ayağımda 7 saat çətin əməliyyat keçirilib. Ayağımın daxilində hazırda dəmirlər var, elə bel üstə yatıram ancaq. Həkimlər deyiblər ki, 2 aya yavaş-yavaş ayağımı yerə basıb, ayağa qalxa biləcəm".

Müğənni keçən il başına gələn iki ağır itkisi barədə də məlumat verib:

"Keçən il iki ayın içində iki cavan qardaşım bir-birinin ardınca dünyasını dəyişdi. Biri məndən 2 yaş balaca idi, o biri də məndən 3 yaş böyük". 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR