İtaliya A Seriyasının 4 oyunu təxirə salınıb - Səbəb

img

06-01-2022 [18:04]


İtaliya A Seriyasının XX turunun 4 oyunu təxirə salınıb.

"Sky Sports Italia" nəşri xəbər verir ki, buna futbolçular arasında koronavirusa yoluxmanın artması səbəb olub.

Bu gün keçirilməli olan "Bolonya" - "İnter", "Atalanta - "Torino", "Fiorentina" - "Udineze", "Salernitana" - "Venetsiya" qarşılaşmaları qeyri-müəyyən müddətə ertələnib.

"Udineze" kütləvi yoluxma ucbatından komandanın karantinə alındığını elan edib. Klub yanvarın 9-da "Atalanta" ilə görüşün təxirə salınmasını da istəyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR