Mal-qara və qoyunlar sığortalanacaq - Bu qayda ilə + Detallar
06-01-2022 [14:06]
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən yeni aqrar sığorta mexanizmi çərçivəsində sığortalanan kənd təsərrüfatı heyvanlarının siyahısı genişləndirilib.
Mia.az Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, bundan sonra südlük inək və camışlarla yanaşı, ətlik mal-qara, eləcə də qoyun və keçiləri də sığortalamaq mümkün olacaq.
Yeniliyə əsasən, 11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar (qoyun və keçilər) sığorta ediləcək. Bu sığorta ilə həm xaricdən gətirilən cins, həm də yerli heyvanları sığortalamaq mümkündür.
Aqrar sığortanın əhatə etdiyi digər sahələrdə olduğu kimi, qoyun və keçilərin sığortası zamanı da fermerlər sığorta haqqının yalnız yarısını ödəyir, pulunu qalan hissəsini fermerlərə dəstək üçün dövlət ödəyir. Aqrar Sığorta Fondundan verilən məlumata görə, qaydalara əsasən, sığortalanan qoyun və keçilər peyvəndlənməli, birkalanmalı, Elektron Kənd Təsərrüfatğı İnformasiya Sistemində (EKTİS) qeydiyyata alınmalı, qapalı yerdə saxlanılmalı və saxlandığı yer Nazirlər Kabinetinin təsdiqlədiyi «Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları»na uyğun olmalı, heyvanlara qarşı baytarlıq tədbirləri və onların qidalanması qaydalara uyğun təmin edilməlidir. Aqrar sığorta vasitəsilə heyvanlar çoxsaylı risklərdən sığortalanır. Bura yoluxucu xəstəliklər, ilan və həşarat sancması, təbii fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, kimyəvi maddələrin təsiri ilə zəhərlənmə, vəhşi heyvanların hücumu, təbii fəlakətlər və yanğın, heyvanın nəqliyyat vasitəsi – avtomobil və ya qatarla vurulması nəticəsində heyvanların ölümü, oğurluq, eləcə də heyvanların məcburi kəsimi aiddir.
Qeyd edək ki, təbii fəlakət dedikdə zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu, sel və ya subasma, leysan, ildırırm, şaxtavurma (donvurma) və normadan artıq yağan qar yağıntıları) nəticəsində heyvanın ölümü nəzərdə tutulur.
Aqrar sığorta çərçivəsində qoyun və keçilərin sığortalanması üçün sığota tarifi 6,4-7 % arasında dəyişir.
Azadolma məbləğindən asılı olaraq sığorta tarifi dəyişir. Belə ki, azadolma məbləği 10 % olduqda, sığorta tarifi 7 %, azadolma məbləği 20 % təşkil etdikdə sığorta tarifi 6,4% təşkil edir. Nəticədə fermerlər cüzi ödəniş etməklə keçi və qoyunları sığortalaya bilərlər. Bununla bağlı bir sıra nümunələr təqdim edirik:
Misal 1: Qiyməti 300 manat olan yerli cinsli qoyun və ya keçi sığorta ediləndə 10 %-lik azadolma halında sığorta haqqı 21 manat (300 x 7 %) təşkil edir ki, bu məbləğin yarısını - 10,5 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.
Sığorta hadisəsi baş verdikdə qoyunun sahibinə onun qiymətinin 90 %-i - 270 manat ödənilir.
0 %-lik azadolma halında isə ümumi sığorta haqqı 19,2 manat (300 x 6,4%) təşkil edir ki, bu məbləğin yarısını – 9,6 manatını fermer, qalan yarısını isə dövlət ödəyir. Bu halda sığorta hadisəsi baş verdikdə qoyunun sahibinə onun dəyərinin 80 %-i – 240 manat ödənilir.
Misal 2: Qiyməti 600 manat olan xarici cinsli qoyun və ya keçi sığorta ediləndə 10 %-lik azadolma halında sığorta haqqı 42 manat (600 x 7 %) təşkil edir ki, bu məbləğin yarısını - 21 manatını fermer, qalan yarısını isə dövlət ödəyir. Sığorta hadisəsi baş verdikdə qoyunun sahibinə onun qiymətinin 90 %-i - 540 manat ödənilir.
20 %-lik azadolma halında isə ümumi sığorta haqqı 38,4 manat (600 x 6,4 %) təşkil edir ki, bu məbləğin yarısını – 19,2 manatını fermer, qalan yarısını isə dövlət ödəyir. Bu halda sığorta hadisəsi baş verdikdə qoyunun sahibinə onun dəyərinin 80 %-i – 480 manat ödənilir.
Qaydalara əsasən, sığorta müqaviləsi daha uzun müddətə bağlandıqda sığorta tarifləri azalır. Bundan başqa, bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub. Belə ki, yaşı 29-dan aşağı olan fermerlər «gənc fermer» güzəştindən istifadə etməklə sığorta haqqını 5 % az ödəyəcəklər.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb