5 ÖLKƏ HƏRBÇİLƏRİ QAZAXISTANDA - Xeyli ölən, yaralanan və həbs olunanlar var (YENİLƏNİR)

img

06-01-2022 [23:03]


Qazaxıstanda kütləvi iğtişaşlarla bağlı cinayət işi açılıb.

"RİA Novosti" xəbər verir ki, bu barədə ölkə prokurorluğu qərar qəbul edib.

Qərara əsasən, Qazaxıstan Cinayət Məcəlləsinin kütləvi iğtişaşlar törətmək, terror hərəkətləri maddələri üzrə cinayət işi başladılıb.

Xüsusi prokurorun rəhbərliyi altında Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və digər hüquq-mühafizə orqanlarının ən təcrübəli əməkdaşlarından ibarət idarələrarası istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda ibtidai istintaq aparılır.

Qeyd olunur ki, Qazaxıstandakı iğtişaş iştirakçılarını vətəndaşlıqdan məhrum edilməklə səkkiz ildən ömürlük həbsə qədər cəza gözləyir/Report.

***

Qazaxıstanın Almatı şəhərinin Auezov Rayon Daxili İşlər İdarəsinin ərazisində atışma səsləri eşidilib.

Bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Şəhərin yataqxana məhəllələrindən birində yerləşən idarənin yanında “Qrand Park” ticarət və əyləncə mərkəzi var. Qeyd edilir ki, şahidlər orada talançılar dəstəsini, eləcə də pulemyotlu silahlı şəxsləri görüblər.

Bundan əvvəl bir qrup etirazçının Auezov Rayon Daxili İşlər İdarəsinin binasına basqın etməyə cəhd etdiyi, polis əməkdaşlarının talançılara cavab atəşi açdığı, səsli qumbaralardan istifadə etməsi xəbər verilib.

Eyni zamanda Almatı şəhərin mərkəzində də atışmanın baş verdiyi bildirilir. Məlumata görə, 5-6 nəfərlik qruplar şəhərin küçələrində gəzir, tək-tək atışma səsləri eşidilir.

"Şəhərin Nazarbayev, Qoqol, Jibek Jolı, Kunayev küçələri ərazisində 5-6 nəfərlik qruplar gəzir. Bəzən tək-tək atışma səsləri eşidilir. Küçələrdə adam yoxdur. Maşınlar çox azdır", - agentlik xəbər verib.

***

Qazaxıstanda baş verən hadisələr respublikanın təhlükəsizliyinə, hətta ərazi bütövlüyünə real təhlükə yaradır.

Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas “RİA Novosti”yə bildirib.

"Hazırda orada baş verən hadisələr ölkənin təhlükəsizliyinə, sabitliyinə, hətta ərazi bütövlüyünə real təhlükə yaradır. Ona görə də belə müraciət daxil olub, dövlət başçıları arasında təxirəsalınmaz məsləhətləşmələr aparılıb və bundan istifadə etmək üçün müvafiq qərar qəbul edilib. KTMT-nin sülhməramlı potensialı bu təhdidləri minimuma endirmək, lokallaşdırmaq üçündür", - Zas deyib.

Təşkilatın baş katibi qeyd edib ki, KTMT-nin Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələrinin sayı təxminən 2,5 min nəfər olacaq, lazım gələrsə, gücləndirilə bilər.

"Kollektiv sülhməramlı qüvvələrin qruplaşmasının ümumi sayı fərqli ola bilər. Hazırda qəbul edilmiş qərarlara əsasən, 2 500-ə yaxın insan var", - Zas bildirib.

Eyni zamanda o qeyd edib ki, sülhməramlılar vəziyyətə uyğun çıxış edəcək: "Düşünürəm ki, sabah gün ərzində biz bütün digər sülhməramlı birləşmələrimizin yerləşdirilməsini tədricən başa çatdıracağıq"

***

Qazaxıstanın Almatı şəhərində vəziyyət gərgin olaraq qalır.

TASS xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qazaxıstanın digər bölgələrində isə vəziyyət sabitləşib.

Paytaxt Nur-Sultan, Çimkent, Akmola, Qızılorda, Pavlodar, Şimali Qazaxıstan və Türküstan vilayətlərində sakitlik hökm sürür.

Aktobe, Atırau, Qərbi Qazaxıstan, Mangistau vilayətlərində bir neçə magistral və dəmir yolu xətti bağlanıb.

Antiterror əməliyyatı davam edir.

***

Son məlumata görə, Qazaxıstanda etiraz aksiyalarında aktiv rol oynayan 2298 nəfər saxlanılıb.

“Mia.az xəbər verir ki, bu barədə ölkə Daxili İşlər Nazirliyi bildirib.

Daha çox həbsərin paytaxt Almatıda aparıldığöı da bildirilir.

Məlumata görə. hazırda əməliyyatlar davam edir. 

***

Qazaxıstan hökuməti fövqəladə vəziyyət rejimilə bağlı əcnəbilərin ölkəyə girişini dayandırıb.

Bu barədə ölkənin Özbəkistandakı səfirliyi məlumat yayıb.

Xatırladaq ki, ölkədə baş verən iğtişaşlara görə yanvarın 5-də ölkə boyu tətbiq edilən fövqəladə vəziyyət bütün şəhərlərdə komendatura yaradılmasını, saat 23-dən 7-dək evi tərk etmək, kütləvi toplantılar keçirmək qadağasını, gediş-gəliş məhdudiyyətlərini ehtiva edir.

***

Qazaxıstanın Aktobe hava limanı etirazçılardan azad edilib.

Bu barədə “Xabar 24” məlumat yayıb.

Bildirilib ki, Jambıl vilayətinin administrasiyasının binası da hakimiyyət nümayəndələrinin nəzarətinə qaytarılıb.

Qeyd edək ki, Qazaxıstanın Almatı, Aktobe və Aktau hava limanları etiraz aksiyaları ilə əlaqədar fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Yanvarın 6-na olan uçuşlar təxirə salınıb.

***

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərəcəyi sülhməramlılar ölkədə qayda-qanunun yaradılmasında deyil, hərbi strukturların və dövlət əhəmiyyətli başqa obyektlərin mühafizəsində iştirak edəcəklər.

“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin başçısı Leonid Kalaşnikov məlumat verib.

KTMT-nin qərargahından isə bildirilib ki, quruma üzv dövlətlərin liderləri Qazaxıstanda göndəriləcək sülhməramlıların tərkibini, strukturunu və sayını müəyyənləşdirəcək.

Qeyd edək ki, KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası və Tacikistan daxildir.

***

Qazaxıstanın Almatı şəhəri meriyasının qarşısındakı Respublika meydanında hərbçilərlə silahlı şəxslər arasında atışma başlayıb.

Bu barədə TASS məlumat yayıb.

“Meydana hərbçilər gəldi, iğtişaşçıların “təmizlənilməsi” əməliyyatı başladı. İntensiv atışma gedir”, - TASS-ın əməkdaşı bildirib.

Öz növbəsində “Sputnik.kz” da teleqram kanalında şəhərdə atışmanın getdiyi xəbər verib. “Meydanda atışma gedir”.

Qeyd edilir ki, meydana 50-yə yaxın hərbi texnika, o cümlədən BTR, hərbçilərlə dolu yük avtomobilləri cəlb olunub və meydan mühasirəyə alınıb.

Müxbirin sözlərinə görə, 10-a yaxın atəş açılıb. "Lakin atəş açan təhlükəsizlik qüvvələri deyil".

***

Qazaxıstanın Almatı şəhərində təşkil olunan antiterror xüsusi əməliyyatı zamanı daha əvvəl etirazçılar tərəfindən ələ keçirilən hava limanı azad edilib.

Mia.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyası rəhbərinin müavini Yerjan Babakumarov bildirib: "Şəhərdə xüsusi antiterror əməliyyatı başlayıb. Hava limanı azad olunub. O, adi iş rejiminə keçir"

"Zakon.kz" portalı əməliyyat zamanı 2 hərbi qulluqçunun həlak olduğunu bildirib. 

Xatırladaq ki, Almatıda şəhərdə asayişin bərqərar olması üçün xüsusi antiterror əməliyyatına başlayıb. Bu barədə “Kazinform” şəhər komendaturasının informasiya mərkəzinə istinadən məlumat yayıb.

Bildirilir ki, iğtişaşların radikal tərəfdarları şəhərə külli miqdarda ziyan vurub, hüquq-mühafizə orqanlarının asayişin bərpası və təhlükəsizliyin təmin edilməsi istiqamətində qanuni hərəkətlərinə müqavimət göstəriblər.

Almatı komendantı sakinləri sakit olmağa və konstitusiya quruluşunun yaradılmasında və ictimai təhlükəsizliyin yaradılmasında hüquq-mühafizə orqanlarına köməklik göstərməyə çağırıb.

***

Qırğızıstan Prezidenti Sadır Japarov Qazaxıstan Prezidenti, eləcə də Rusiya və Ermənistan liderləri ilə Qazaxıstandakı mövcud vəziyyəti müzakirə edib.

Bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Prezident KTMT-yə üzv dövlətlərin rəhbərləri ilə bir sıra telefon danışığı aparıb. Dövlət başçısı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, o cümlədən Ermənistanın Baş naziri Nikol Paşinyanla, həmçinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinla telefonla danışıb. Ölkələrin liderləri Qazaxıstan Respublikasındakı mövcud vəziyyəti müzakirə etdilər", - xəbərdə deyilir.

***

Qazaxıstanın paytaxtı Nur-Sultanda bütün inzibati binalar gücləndirilmiş mühafizəyə götürülüb.

Bu barədə “Sputnik.kz” Qazaxıstan polis idarəsinin rəhbərinə istinadən xəbər verib.

“Qazaxıstanın paytaxtında bütün inzibati binalar ciddi mühafizəyə götürülüb” - PD (Polis Departamenti-red.) rəhbəri Yerjan Sadenov”, – agentlik öz teleqramında bildirib.

Eyni zamanda paytaxtda bütün aviareyslər yerli vaxtla saat 12-dək (Bakı vaxtı ilə saat 10:00-a qədər-red) təxirə salınıb.

***

Qazaxıstan hakimiyyəti ölkənin daxilində yaranmış vəziyyəti sərhəddən xaricdən hücum kimi qiymətləndirib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyindən bildirilib: “Qazaxıstandan daxil olan müraciətdə bildirilir ki, ölkədəki vəziyyət xaricdə təlim keçmiş quldur dəstələrinin hücumu kimi qiymətləndirilir. "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibliyi Qazaxıstan tərəfindən yardım üçün müraciətin daxil olduğunu təsdiqləyir. Müraciətdə bildirilir ki, bu vəziyyət xaricdən təlim keçmiş quldur birləşmələrinin basqını kimi qiymətləndirilir".

Qeyd olunub ki, Qazaxıstan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşmələr aparıb, respublikaya hərbi yardım göstərilməsi üçün təşkilata üzv dövlətlərin başçılarına müraciət göndərib: “KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin məhdud müddətə Qazaxıstan Respublikasına göndərilməsi barədə qərar qəbul edib”.

***

Qazaxıstanın bölgələrində baş verən iğtişaşlar nəticəsində 8 polis əməkdaşı və Milli Qvardiyanın əsgəri həlak olub, 317 nəfər yaralanıb.

Bu barədə respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Nizamsızlıq edən kütlənin əlindən qanun-qaydanı və əhalinin sağlamlığını təmin edən asayiş keşikçiləri, həkimlər, həmçinin sadə vətəndaşlar, eləcə də yaşlı insanlar, yüzlərlə insan zərər çəkib. 317 polis əməkdaşı və Milli Qvardiyanın hərbi qulluqçusu yaralanıb, səkkiz nəfər həlak olub”, - xəbərdə deyilir.

Qeyd olunur ki, çərşənbə günü ölkənin bəzi rayonlarında “təxribatçıların təşkil etdiyi, xuliqan ünsürlərin dəstəklədiyi iğtişaşlar, vandalizm və talançılıq davam edib.

***

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.

"RİA Novosti" xəbər verir ki, bu barədə Şuranın sədri, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar və Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb”, - Paşinyanın feysbukdakı paylaşımında deyilir.

Bu ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün qüvvələrin məhdud müddətə göndəriləcəyi bildirilir/Report.

MİA.AZ

img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR