Bakıda əməliyyat: maşından 21 kq-a yaxın narkotik çıxdı, saxlanılanlar var

img

03-01-2022 [12:17]


Bakı sakininin avtomobilindən 20 kiloqramdan artıq narkotik götürülüb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri - R.Rəhimov və əvvəllər məhkum olunmuş S.Kərimli Qaradağ rayonu ərazisində saxlanılıblar.

Şəxsi axtarış zamanı R.Rəhimovdan 9 qram, S.Kərimlidən isə 20 qram heroin aşkar ediib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə R.Rəhimovun idarə etdiyi "Toyota" markalı avtomobilə baxış zamanı isə oradan əlavə 11 kiloqram 950 qram heroin və 10 kiloqram 25 qram metamfetamin də aşkar edilərək götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR