Əhməd Cavadın ev muzeyi yaradılacaq - Üzeyir Hacıbəylinin isə ev muzeyi bərpa olunacaq

img

28-12-2021 [13:57]


Əhməd Cavadın ev muzeyinin yaradılması, 130 illiyinin qeyd olunması nəzərdə tutulub.

Bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi Əhməd Cavadın 130 illiyinin keçirilməsi ilə bağlı təkliflər hazırlayır: "Təklif planı hazır olandan sonra dövlət başçısına təqdim ediləcək. Daha sonra bununla bağlı işlər həyata keçiriləcək. Eyni zamanda Əhməd Cavadın ev muzeyinin yaradılması məsələsinə də baxılacaq"/Report.

Nazir bildirib ki, Üzeyir Hacıbəylinin ev muzeyinin bərpası üçün Heydər Əliyev Fondu ilə əməkdaşlıq olunur.

Onun sözlərinə görə, bərpa prosesi uzunmüddətli və mərhələlərdən ibarətdir: "Ev muzeyinin bərpası bizim vəzifəmizdir və bərpa ediləcək".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR